EN

Tambovda neft bazasına hücum edilib – Ukraynaya məxsus 25 PUA vurulub

Cümə günü səhər saatlarında pilotsuz təyyarələr Rusiyanın Tambov vilayətinin Miçurinski bələdiyyə rayonunda neft bazasına hücum edib.

“AzPolitika” xəbər verir ki, bu barədə yerli mətbuata vilayət qubernatoru Maksim Eqorov məlumat verib.

"Bu hücum kiçik yanğınla nəticələndi" – deyə, qeyd edib.

Eqorovun sözlərinə görə, yanğın lokallaşdırılıb, hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi və neft bazasının yanğından mühafizə bölməsinin11 yanğınsöndürən briqadası cəlb olunub.

“Ölən və yaralanan yoxdur. Ən yaxın qəsəbə üç kilometr məsafədədir. Lazım gələrsə, sakinlər təxliyə ediləcək, bunun üçün hər şey hazırdır” - deyə, Tambov vilayətinin qubernatoru “Teleqram”-da yazıb.

Bir neçə saatdan sonra regional hakimiyyət pilotsuz təyyarənin hücumu nəticəsində “Drujba” neft kəməri ərazisində bir tankın vurulduğunu açıqlayıb.

Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz əvvəlcə vurulan üç pilotsuz təyyarə haqqında yazıb Yarım saat sonra isə onun onun daha iki məhv edilmiş pilotsuz uçan aparatla bağlı mesajı yayılıb. Boqomazın sözlərinə görə, tələfat və dağıntı yoxdur.

Smolensk vilayətinin qubernatoru Vasili Anoxin hərbi obyektə hücum edən Poçinkovski rayonu səmasında doqquz pilotsuz təyyarənin vurulduğunu bildirib. Lakin o, hansı hərbi obyekt olduğunu dəqiqləşdirməyib. Onun sözlərinə görə, xəsarət alan olmayıb.

Rusiya Müdafiə Nazirliyi beş regionda 25 pilotsuz təyyarənin vurulduğunu bildirib: 12 pilotsuz təyyarə Bryansk vilayəti, 9-u Smolensk vilayəti, ikisi Kursk vilayəti, Voronej və Rostov vilayətləri üzərində isə hər biri bir pilotsuz təyyarə vurulub.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

2Sources