EN

Rusiyalı deputat hərbi əməliyyat zonasına skuterlər göndərməyi təklif edib

Rusiya Dövlət Dumasının deputatı Maksim İvanov Ukraynadakı xüsusi hərbi əməliyyat zonasına skuterlər göndərməyi təklif edib.

Herbiand.az bildirir ki, o, belə təşəbbüs haqqında Telegram kanalında ətraflı danışıb.

Deputat izah edib ki, cəbhə xəttində elektriklə işləyən skuterlərə tələbat var: “Mövqelər arasında səssizcə hərəkət etmək üçün komandirlərdən biri qumbaraatan tağım üçün bir neçə belə nəqliyyat vasitəsi tələb edib”.

İvanov qeyd edib ki, yaxın vaxtlarda həmkarları ilə bu mövzunu müzakirə edəcək.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
herbiand.az

1Sources