EN

Azərbaycan parlamenti buraxıldı

 

  Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisi buraxıb və sentyabrın 1-də parlament seçkilərinin keçirilməsi barədə qərar verib.

  Azərbaycan Prezident Administrasiyasının məlumatına görə, İ.Əliyev ölkənin qanunverici orqanı olan Milli Məclisi buraxıb. Buna uyğun olaraq 2024-cü ilin noyabrında keçirilməsi planlaşdırılan parlament seçkiləri sentyabrın 1-nə gətirilib.

  Xatırladaq ki, Azərbaycan Milli Məclisi 2024-cü il 11-22 noyabr tarixlərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransına (COP-29) ev sahibliyi edəcəyi üçün ölkə prezidenti İlham Əliyevdən parlamentin buraxılması və noyabrda keçiriləcək Məclis seçkilərinin iki ay qabağa çəkilməsini xahiş etmişdi.

  İ.Əliyev Milli Məclisin qərarını konstitusiyaya uyğunluğunun qiymətləndirilməsi üçün Konstitusiya Məhkəməsinə göndərmişdi. Məhkəmə parlamentin buraxılması və növbəti seçkilərin keçirilməsinin konstitusiyaya uyğun olduğuna dair qərar verib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
trt.net.tr

1Sources