EN

Azercell-in müştəri məmnuniyyəti üzrə sertifikasiyası uğurla yenilənib

Bakı. Trend:

Lider mobil operator ISO 10002:2018 Keyfiyyətinİdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə ŞikayətlərəBaxılması standartına uyğunluq sertifikatı əldəedib

Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi təqdim etməyihədəfləyən “Azercell Telekom” MMC növbəti dəfə ISO 10002:2018Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /MüəssisələrdəŞikayətlərə Baxılması standartına uyğunluq üzrə resertifikasiyamərhələsindən müvəffəqiyyətlə keçib. Keyfiyyət auditi “TÜV AUSTRIAAZƏRBAYCAN” MMC tərəfindən aparılıb.

Standart müştəri şikayətlərinin qeydə alınması, vaxtlı-vaxtındacavablandırılması və həll olunması prosesini qiymətləndirir.Uyğunluq sertifikatı müştərilər tərəfindən irəli sürülən bütüntəklif və şərhlərin diqqətlə araşdırılmasını, eləcə də şikayətlərəbaxılması prosesinin davamlı təhlilini təmin edən şirkətlərəverilir. Həmçinin müştərilərlə iş üzrə cavabdeh olan əməkdaşlarınprofessional inkişafı üçün lazımi şəraitin yaradılması da diqqətmərkəzində saxlanılır.

Azercell ilk dəfə bu sertifikatı 2011-ci ildə əldə edib.Xatırladaq ki, məhz Azercell ölkədə birinci 24/7 rejimindəfəaliyyət göstərən Telefon Mərkəzini və onlayn müştəri xidmətləriniişə salıb. Abunəçilərinə rəqəmsal kanallar vasitəsilə də fasiləsizxidmət göstərən lider mobil operator Facebook, Instagram, Twitter,LinkedIn və YouTube platformaları üzərindən də müştəri sorğularınıcavablayır.

Eyni zamanda, ötən il şirkət müştəri xidmətləri sahəsində önəmlitexnoloji yeniliyə də imza atıb. Azərbaycan dilində tam spektrxidməti göstərən süni zəka əsaslı ilk virtual assistenti –“Aicell”i istifadəyə verən Azercell abunəçi sorğularının dahaoperativ şəkildə emal edilməsinə nail olub.

Yuxarıda adı çəkilən tədbirlərin nəticəsi olaraq 2023-cü ilərzində Azercell-in Əlaqə Mərkəzinin Müştəri Məmnuniyyəti indeksi94,9%-ə çatıb ( dünya standartlarına əsasən 85%-dən yuxarı olannəticə artıq çox yüksək göstərici kimi hesab olunur).

Azercell-in Telefon Mərkəzi ilə 7/24 rejimində çalışan *1111qısa nömrəsi, eləcə də 012-4904949 (Fakturasız Xətt abunəçilərüçün) və 012-4905252 (Fakturalı Xətt abunəçilər üçün) şəhərnömrələri vasitəsilə, həmçinin Kabinetim tətbiqi üzərindən onlaynəlaqə saxlamaq mümkündür.

Chosen
44
21
az.trend.az

10Sources