EN

"Qarabağ"da Abdullah Zubirlə bağlı məsələyə nöqtə qoyuldu - SON DƏQİQƏ

"Qarabağ"ın Abdullah Zubirlə davam edən danışıqları müsbət sonluğa yetişib.

32 yaşlı yeni müqavilə bağlanması dünən Bakıya gəlib.

O, bu gündən komandanın hazırlığında iştirak edəcək.

Maraq üçün bildirək ki, müqaviləsi başa çatan fransalı legioner Ağdam təmsilçisinin 18 iyundan başlayan hazırlığından kənarda qalmalı olmuşdu.

Onun xidmətində bir neçə əcnəbi klub maraqlı idi. Zubirin ölkəmizi tərk edəcəyi yayılan xəbərlər arasındaydı.

Amma uzun çəkən danışıqların yekununda təcrübəli futbolçu "Qarabağ" tərəfdarlarını sevindirəcək qərar verib.

32 yaşlı vinger 2018-ci ildən "köhlən atlar"ın şərəfini qoruyur.

Arxada qalan müddətdə "10 nömrə" "Qarabağ" forması ilə meydana çıxdığı 263 oyunda 61 qol və 73 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
sportinfo.az

1Sources