EN

Mask ABŞ-dəki debatı Baydeni əvəz etməyə hazırlıq adlandırdı


“ABŞ prezidentliyinə namizədlər Co Bayden və Donald Tramp arasında cümə günü gecə baş tutan debat Demokratlar Partiyasının hazırkı namizədini başqa bir namizədlə əvəz etmək üçün səbəbdir”.
Yeniavaz.com
xəbər verir ki, bunu amerikalı sahibkar İlon Mask “X” sosial şəbəkə hesabında yazıb.
“Onlar (Tramp və Bayden) sadəcə olaraq danışan kuklalardır. Bu, (Baydenin) əvəz edilməsinə hazırlıqdır”, - deyə Mask qeyd edib.
Qeyd edək ki, ABŞ tarixində indiki və keçmiş prezidentlər arasında ilk televiziya debatı Atlantada CNN telekanalının stidiyasında baş tutub. Debatdan sonra “Politico” qəzeti mənbələrə istinadla yazıb ki, Demokratlar Partiyasının bəzi nümayəndələri Baydenin uğursuzluğuna görə onun başqa namizədlə əvəz edilməsi imkanlarını aktiv şəkildə müzakirə etməyə başlayıblar.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
28
1
yeniavaz.com

1Sources