Dəyişikliyə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələblərinin pozulmasına, həmçinin, icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə isə fiziki şəxslər 200 və 600 manat, vəzifəli şəxslər min dörd yüz manatdan min yeddi yüz manatadək, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.
Bəs, indiki vəziyyətdə cərimələrin bu qədər artırılması nə qədər doğrudur?
Mövzu ilə bağlı Demokrat.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, yol hərəkəti haqqında qanunda da, İnzibati Xətalar Məcəlləsində də, qaydalarda da hər hansı bir bəndə yeni əlavələr, dəyişiklik olursa, bu o deməkdir ki, buna artıq zərurət yaranıb.
Eldəniz Cəfərov qeyd edib ki, məbləğin yüksək olması bu istiqamətdə qaydaları pozan sürücülərin sayının həddindən artıq olduğundan xəbər verir:
“Cərimələrin tətbiq olunması bir çəkindirici tənbeh alətidir. Yəni bu olmalıdır. Cərimələr olmasa, onda müəyyən nizam, intimzama nail olmaq çox çətin olar. Məbləğin belə yüksəlməsi ondan xəbər verir ki, görünür bu maddə ilə bağlı qaydaları pozan sürücülərin sayı həddindən artıqdır. Ona görə də crimələrin yüksəlməsinə çox da müsbət yanaşmasam da, bəzən buna ehtiyac olur. Cərimələr tətbiq ediləndə orta və minimum əmək haqqı, hamısı nəzərə alınır. Burada bir şeyi nəzərə almaq lazımdır ki, iri iriqabaritli və ağırçəkili avtomobillər əsasən hüquqi şəxslərə mənsub olur və hüquqi şəxslərin də cərimələri, əsasən, adətən fiziki şəxslərə nisbətən daha yüksək olur”.
Əfsanə Rəcəb
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
10Sources
-
demokrat.azEkspert: "Yük maşınlarının normadan artıq yüklənməsi yollara zərər vurur" ( 9063352)
-
xalqcebhesi.azErkən evliliklə bağlı mərasimlərin keçirildiyi restoran və şadlıq sarayları cərimələnəcək ( 9009179)
-
xezerxeber.azErkən evliliklə bağlı mərasimlərin keçirildiyi restoran və şadlıq sarayları cərimələnəcək ( 9007136)
-
apa.azErkən evliliklə bağlı mərasimlərin keçirildiyi restoran və şadlıq sarayları cərimələnəcək ( 9006479)
-
tribunainfo.azYaşıllıqları məhv edən “Kaspian Vista Rezidens”lə bağlı qərar veriləcək ( 8547212)
-
yenigundem.azQHT rəhbəri “OBA” marketlə bağlı ÇAĞIRIŞ etdi: COP29 ilində… ( 8334278)
-
afn.azQHT rəhbəri “OBA” marketlə bağlı ÇAĞIRIŞ etdi: COP29 ilində… ( 8319635)
-
pravda.azQHT rəhbəri “OBA” marketlə bağlı ÇAĞIRIŞ etdi: COP29 ilində… ( 8314748)
-
yenigundem.azQHT rəhbəri “OBA” marketlə bağlı ÇAĞIRIŞ etdi: COP29 ilində… ( 8314586)
-
tribunainfo.azQHT rəhbəri “OBA” marketlə bağlı ÇAĞIRIŞ etdi: COP29 ilində… ( 8308526)