EN

Nöbəti hərraclara 26 əmlak çıxarılıb

Bakı. Trend:

İyulun 2-də İqtisadiyyat Nazirliyi yanında Əmlak MəsələləriDövlət Xidməti tərəfindən hərraca kiçik dövlət müəssisəsi və 9nəqliyyat vasitəsi çıxarılıb.

Trend bu barədə DövlətXidmətinə istinadən xəbər verir.

Məlumata görə, özəlləşdirilməyə çıxarılan kiçik dövlətmüəssisəsi "Bakı Beton Konstruksiyaları" MMC-nin ilkin satışqiyməti 7 milyon 609 min 376 manat təşkil edir. Müəssisənin ümumifaydalı sahəsi 9 267 kvadratmetr, torpaq sahəsi isə 64 483kvadratmetrdir.

Hərraca çıxarılan avtomobillərin buraxılış tarixləri1990-2013-cü illəri əhatə edir.

Dövlət Xidməti iyulun 9-da keçiriləcək hərraca isə 16 nəqliyyatvasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 2008-2012-ciilləri əhatə edir.

Hərraca çıxarılan əmlakların tam siyahısı iləhttps://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.

İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az)və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılanəmlak üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında(e-emlak.gov.az) qeydiyyatdan keçməklə, beh ödəyərək iştirakçıstatusu almaq olar.

Chosen
8
6
az.trend.az

3Sources