Ukrayna Milli Qvardiyasının əsgərləri növbəti dəfə Rusiyaya məxsus qırıcısını vurub.
Herbiand.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin Telaqram-kanalında bildirilib.
Məlumata görə, Ukrayna Milli Qvardiyasının əsgərləri “İqla” daşına bilən zenit-raket kompleksindən istifadə edərək Donetsk vilayətində döyüş tapşırığı yerinə yetirən Rusiyaya məxsus Su-25 hücum təyyarəsini vurub.
Rusiya Müdafiə Nazirliyi bu məlumata hələ münasibət bildiməyib.
Bəxtiyar CƏFƏRLİ