EN

Ukrayna-Belarus sərhədində atışma: Ukrayna kvadrokopteri vuruldu

Belarus Dövlət Sərhəd Komitəsinin nümayəndəsi Anton Bıçkovski bildirib ki, Mozır sərhəd dəstəsinin sərhədçiləri Ukrayna ərazisindən uçan kvadrokopterin hava məkanını pozmasının qarşısını alıblar.

O, əlavə edib ki, idarədə Belarusla sərhəddə Rusiya Könüllülər Korpusunun bölmələrinin olması barədə məlumat var: “Sərhəddə mütəmadi olaraq Ukrayna pilotsuz uçuş aparatlarının kəşfiyyat uçuşları müşahidə olunur.

Standart silahlardan və elektron döyüş texnikasından istifadə etməklə pilotsuz təyyarələrin ərazimizə uçmaq cəhdləri dayandırılır”, – Anton Bıçkovski BELTA agentliyinə bildirib. Onun sözlərinə görə, kvadrokopter iyunun 26-da Qomel vilayətinin Yelski rayonunda vurulub. O, həmçinin kvadrokopterin fleş-kartında videofaylların tapıldığını, buradan cihazın kəşfiyyata göndərildiyini söyləyib.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
editor.az

1Sources