EN

“Toy sahibləri riskli qidaları hazırlayanda diqqətli olmalıdır” - Ekspert

Yay mövsümündə zəhərlənmə hallarının sayı artır. Elə bu günlərdə Ağstafa rayonunda bəy və gəlin də daxil olmaqla 46 nəfərin zəhərlənməsi barədə xəbər yayıldı.


Bəs, toylarda bu cür halların baş verməməsi üçün hansı məqamlara diqqət edilməlidir?





Bakupost.az -ın sualını qida təhlükəsizliyi üzrə ekspert Ağa Salamov cavablandırıb.

Onun sözlərinə görə, həyətdə toyu edən şəxslər xüsusən riskli salatların hazırlanması məsələsində diqqətli olmalıdırlar:

“Həyət toyları edirlərsə, orda mayonez, ət və toyuq ətindən hazırlanmış məhsullar riskli qida sayılır. Bəzi bölgələrimizdə balıq məhsulları da bişirilir. Bunun saxlanması və daşınmasına diqqət edilməlidir. Bu məhsulları alıb soyuducuda saxlamalı, içini yaxşı təmizləməlidirlər. Həmçinin salatlar da soyuducuda saxlanmalıdır. Bu normativlərə əməl edəndə qida zəhərlənməsi baş vermir”.

Ekspert bildirib ki, şadlıq sarayı sahibi zalı icarəyə verməklə işinin bitdiyini düşünməməlidir. Çünki zəhərlənmə hadisəsi baş verdikdə məsuliyyət daşıyan adamlardan biri də odur:

“Şadlıq sarayını icarəyə götürən toy sahiblərinin salatları evdə necə və hansı şəraitdə hazırlamaları məlum deyil. O məhsulların saxlanma şəraiti və daşınmasının necə olması da sual doğurur. Burda da zəhərlənmə qaçılmazıdır. Ona görə də şadlıq sarayı sahibləri düşünməməlidur ki, zalı icarəyə verirəm, qida kənardan gətirilir, mən məsuliyyət daşımıram. Şadlıq sarayında soyuducular olmalı, yeməklər şadlıq sarayında hazırlanmalı və saxlanması da normativlərə uyğun həyata keçirilməlidir”.

Vasif Əlihüseyn
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
bakupost.az

1Sources