London, 28 iyun, AZƏRTAC
Britaniyada Leyboristlər Partiyasının lideri seçkilərdə məğlub olsa, istefa verəcək.
AZƏRTAC xəbər verir ki, Leyboristlər Partiyasının lideri Keir Starmer iyulun 4-də keçiriləcək növbədənkənar parlament seçkilərində məğlub olacağı təqdirdə, vəzifəsini tərk edəcəyinə söz verib. O, bu barədə BBC radiosuna müsahibəsi zamanı deyib.
Qeyd edək ki, əksər sorğu-anketlərin nəticələrinə əsasən, Leyboristlər Partiyası təxminən 20 faiz irəlidədir və növbəti hökuməti formalaşdırmaq üçün parlamentdə rahat şəkildə kifayət qədər mandat qazanacağı proqnozlaşdırılır. Bununla da Baş nazir Rişi Sunakın səlahiyyət müddəti və Mühafizəkarlar Partiyasının Britaniyada 14 illik hakimiyyəti başa çatmış olacaq.
AZƏRTAC-ın xüsusi müxbiri
London