EN

"Qalatasaray" "Mançester"in iki futbolçusu ilə razılaşdı

\"Qalatasaray\" \"Mançester Yunayted\"ə Aron Van Bissaka və Skott Maktominey üçün təklif göndərib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, \"Cim-Bom\" iki futbolçu üçün 15 milyon avrodan keçməyə hazır olduğunu bildirib.
 
İngiltərə nəhənginin rəsmiləri isə düşünmək üçün vaxt istəyib.

\"Sarı-qırmızılar\" artıq hər iki futbolçu ilə müqavilə şərtləri üzrə razılıq əldə edib.

Xatırladaq ki, ingilis mətbuatı daha əvvəl Türkiyə klubunun iki oyunçu üçün 25 milyon avronu gözdən çıxaracağını vurğulamışdı.
 
Məryəm
Chosen
3
27
azxeber.com

10Sources