EN

"Qərbin sanksiyaları iflasa uğrayıb, Rusiya silah istehsalını artırıb" - "NBC News"

 
"ABŞ və Avropanın gördüyü tədbirlər Moskvanın mikroelektronikaya çıxışını əngəlləyə bilməyib..."
 
Genişmiqyaslı müharibə başlanandan Rusiyanın artilleriya mərmiləri, raket və pilotsuz uçuş aparatlarının istehsalı kəskin surətdə artıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "NBC News" nəşri Birləşmiş Xidmətlərin Kral İnstitutunun yeni məruzəsinə istinadən yazıb.
 
Qeyd edilir ki, Qərbin sanksiyaları Rusiyada silah istehsalını sarsıda bilməyib, Moskva Ukraynada müharibəni qızışdırmaq üçün hətta həlledici silah növlərinin istehsalını artırmağa nail olub.
 
Qeyd edilir ki, sanksiyalar üzrə səylər Qərb hökumətləri tərəfindən qərarların qəbulu zamanı həddən artıq ehtiyat etməsi və müttəfiqlər arasında kəşfiyyat məlumatlarının mübadiləsində lənğimələr səbəbindən çətinləşib.
 
"2021-ci ildə, Rusiya qoşunlarının hərbi müdaxiləsinədək Moskva ildə 56 "X-101" qanadlı raket istehsal edib. Hesabata görə, ötən ildə bu ölkə 460 qanadlı raket istehsal edib.
 
Rusiyanın "İsgəndər" ballistik raketlərinin ehtiyatı da kəskin artıb, müdaxilədən öncə 50-dən 180-ə çatıb, hərçənd, Rusiya döyüş meydanında böyük sayda raket buraxıb", - hesabatda deyilir.
 
Qeyd edilir ki, ABŞ və Avropanın gördüyü tədbirlər Moskvanın Rusiyanın raket və dronlar istehsalında asılı olduğu mikroelektronikaya çıxışını əngəlləyə bilməyib.
 
O cümlədən, Rusiya bombalar üçün planlaşdırılan komplektlərdə istifadə edilən İrlandiya istehsalı olan antenlərin kifayət qədər ehtiyatlarına malikdir.
 
"Rusiyada silah istehsalının genişləndirilməsi aydın şəkildə göstərir ki, Qərbin minlərlə sanksiyaları səmərəsiz olub.
 
Yekun olaraq demək olar ki, bir çox dövlət qulluqçularının Rusiyanın hərbi-sənaye istehsalının sarsıdılmasına yönələn və siyasi iradə ilə möhkəmlənən bir çox səylərinə rəğmən, bunun nəticəsi çox az olub", - məruzədə deyilir.
 
MÉ™ruzÉ™ müəlliflÉ™ri iddia edir ki, ABÅž vÉ™ müttÉ™fiqlÉ™ri É™vvÉ™lkitÉ™k tÉ™darüklÉ™rin qarşısını ala vÉ™ Rusiya silahının istehsalı üçün zÉ™ruri olan elektron komponentlÉ™ri, dÉ™zgahlar vÉ™ xammalın qiymÉ™tini qaldıra bilÉ™r.
 
Xatırladaq ki, bundan öncə məlumat verilib ki, Rusiya ayda 90-dək müxtəlif növ raket istehsal edir, "İsgəndər" raketlərinin istehsalı xüsusilə artıb.
 
"Bütövlükdə, Rusiyanın ay ərzində 85-90 ədəd müxtəlif növ raketlər istehsal etdiyi barədə məlumatlar var. Buraya "Kinjal" və "İsgəndər" raketləri də daxildir", - bunu Hərbi-Hüquq Tədqiqatları Mərkəzinin rəhbəri Aleksandr Musiyenko qeyd edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources