EN

Azərbaycan millisinin baş məşqçisi klubundan ayrılıb

Azərbaycan

Bakı, 28 iyun, AZƏRTAC

Kişi voleybolçulardan ibarət “Murov Az Terminal” komandasının baş məşqçisi Fərid Cəlalov postundan ayrılıb.

Bu barədə AZƏRTAC-a 37 yaşlı mütəxəssis özü məlumat verib. O, müqaviləsi başa çatdığı üçün klub rəhbərliyi ilə qarşılıqlı anlaşaraq Bakı təmsilçisini tərk etdiyini söyləyib.

“Murov Az Terminal” son mövsümdə Fərid Cəlalovun rəhbərliyi altında gümüş medalları qazanıb.

Qeyd edək ki, Fərid Cəlalov, həmçinin kişi voleybolçulardan ibarət Azərbaycan millisinə də rəhbərlik edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
azertag.az

1Sources