EN

Hindistanda hava limanında FACİƏ – Ölən və yaralananlar var – VİDEO 

Hindistanın paytaxtı Yeni Dehlidə İndira Qandi (Dehli) Beynəlxalq Hava Limanında 1 saylı Terminalın damının güclü yağış nəticəsində uçması səbəbindən 1 nəfər ölüb, 8 nəfər yaralanıb. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bir çox reyslər ləğv edilib.

Hindistanın Mülki Aviasiya naziri Kinjarapu Rammohan Naidu verdiyi açıqlamada uçuşların yerli vaxtla saat 14:00-a qədər dayandırıldığını bildirib. 

Nazir Naidu qeyd edib ki, ölkənin ən işlək hava limanındakı bütün terminal boşaldılıb və hadisə ilə bağlı araşdırma başlanıb. Dehli yanğınsöndürmə rəisi Atul Qarq bildirib ki, yaralılar xəstəxanaya çatdırılıb və xilasetmə işləri yekunlaşıb.
“Flightradar24” uçuş izləmə platformasının məlumatına görə, ən azı 10 reys ləğv edilib, 40 reys təxirə salınıb.
 


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
19
bizim.media

1Sources