EN

ABB-də yeni təyinat olub

Aktivlərinə görə ölkənin ən böyük bankı olan ABB-də yeni yaradılan vəzifəyə təyinat olub.

Banco.az xəbər verir ki, özündə pərakəndə seqment, kart və kredit sahələrini birləşdirən Ofis rəhbəri vəzifəsinə Anar Abbasov təyin edilib. 

Anar Abbasov Azərbaycan Beynəlxalq Bankında 2 ildir ki, çalışır. 2022-ci ilin avqust ayından 2024-cü ilin iyun ayınadək o, bankda Pərakəndə seqment sahəsinin rəhbəri kimi fəaliyyət göstərib.

A. Abbasov həmçinin, 2008-ci ildən 2021-ci ilə qədər “Bank of Baku”da müxtəlif vəzifələrdə çalışıb. Belə ki, 2008-ci ilin avqustundan 2012-ci ilin martına qədər bankda Partnyorlarla İş Departamentində, 2013-17-ci illərdə Rəqəmsal Bankçılıq və Layihələrin İdarəedilməsi Departamentinin direktoru, 2017-ci ilin aprel ayından 2018-ci ilin martına qədər Partnyor və Alternativ Satış Departamentinin Direktoru, 2021-ci ilin may ayına qədər isə İT, Ödəniş Sistemləri və Biznes Proseslərinin İdarəedilməsi üzrə Baş Direktor kimi fəaliyyətini davam etdirib. 

2021-22-ci illərdə “Paşa Bank”da İdarə Heyətinin Sədrinin müşaviri və Pərakəndə Bankçılıq Departamentinin direktoru, 2018-23-cü illərdə eyni zamanda “Prime Insurance” şirkətində Müşahidə Şurasının sədr müavini olaraq çalışıb. 

Ən sərfəli kredit üçün müraciət et

Chosen
87
banco.az

1Sources