EN

“Üçüncü Dünya Müharibəsi kimi qaranlıq bir tablonu heç kim istəməz, lakin …”

 

  Türkiyə Milli Müdafiə Nazirliyi (MSB): “Üçüncü Dünya Müharibəsi kimi qaranlıq bir tablonu heç kim istəməz, lakin ordumuz istənilən ssenariyə hazırdır”.

  MSB Həftəlik Mətbuat İnformasiya Toplantısından sonra nazirlik nümayəndələri jurnalistlərin sualları cavablandırıb.

  Türkiyənin Xarici işlər naziri Hakan Fidanın Üçüncü Dünya Müharibəsi ehtimalına dair münasibətilə bağlı mətbuata açıqlama verən MSB təmsilçisi deyib: “Birinci və İkinci Dünya müharibələrində olduğu kimi, hərtərəfli riskin olub-olmadığını soruşursunuz. Bu, əlbəttə ki, mümkündür. Türkiyə Milli Müdafiə Nazirliyi olaraq müdafiə və təhlükəsizliyimizlə bağlı qiymətləndirmələrimizi edir və yeni dəyərləndirmələr işığında planlarımıza baxırıq. Rahatlıqla deyə bilərik ki, biz ən hazırlıqlı ölkələrdən biriyik. Türkiyə Silahlı Qüvvələri artıq dinamik bir ordudur. Bir çox coğrafiyada davamlı fəaliyyət göstərən bir orduyuq. Öz planlarını və logistikasını sınaqdan keçirmiş və təsdiq etmiş bir orduyuq. TSQ həmçinin dünyanın bir çox yerində sülhə dəstək fəaliyyətləri həyata keçirir. Heç kim, xüsusən də Türkiyə Üçüncü Dünya Müharibəsi kimi qaranlıq tablo istəmir, lakin ordumuz istənilən ssenariyə hazırdır”.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
trt.net.tr

1Sources