EN

İrəvan hərbiləşmə siyasətini hələ də davam etdirir- ÖZƏL

"Narahatedici məqam rəsmi İrəvanın hərbiləşmə siyasətini davam etdirməsidir. Ötən ildən başlayaraq Fransa Ermənistana silah tədarük edir. Eyni zamanda, Hindistan da İrəvana müxtəlif növ silahlar satır".
 

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib:

"Təbii ki, Ermənistanın silahlandırılması regionda hərbi gərginliyin yaradılmasına xidmət edir. Bu baxımdan, Fransa xüsusi canfəşanlıq edir. Bu ölkə Ermənistan vasitəsilə Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışır. Parisin məqsədi regionda yeni müharibə alovlandırmaqdır və Ermənistan buna görə hərbiləşdirilir. Hərbiləşmə siyasətini davam etdirməsi Ermənistanın Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu nümayiş etdirir. Son vaxtlar şərti dövlət sərhəddində erməni hərbi birləşmələrinin Azərbaycan ordusunun mövqelərini atəşə tutması da bunun göstəricisi ola bilər".

Alim Hüseynli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
olaylar.az

1Sources