EN

İranın XİN başçısı səs verib

Bakı. Trend:

İran xarici işlər nazirinin vəzifəsini icra edən Əli Baqeri Kənibu gün İranda keçirilən növbədənkənar prezident seçkilərindəsəsvermədə iştirak edib.

Trend-in məlumatına görə, Baqeri Kəni Tehranda Xarici İşlərNazirliyinin binasında yaradılan səsvermə məntəqəsində səsverib.

Qeyd edək ki, bu gün İranda növbədənkənar prezident seçkilərikeçirilir. Seçkilərə yerli vaxtla saat 08:00-da start verilib.Seçkilərin müddəti 10 saatdır və Daxili İşlər Nazirliyi lazımihesab etdiyi halda, seçkilərin vaxtı uzadıla bilər.

İran prezident seçkilərində 4 namizəd – Məsud Pezeşkian, MustafaPurməhəmmədi, Səid Cəlili və Məhəmməd Baqir Qalibaf - rəqabətaparır. İranda prezident seçkiləri ilə əlaqədar ölkə daxilində 58640 dairə, ölkədən kənarda 344 dairə yaradılıb. 61 452 321 seçicisəsvermədə iştirak edə bilər.

Chosen
91
4
az.trend.az

4Sources