Azərbaycan karateçisi Aysu Əliyeva Xorvatiyanın Poreç şəhərində keçirilən Karate 1 Liqa yarışında bürünc medal qazanıb.
Futbolinfo.az xəbər verir ki, təmsilçimiz 21 yaşadək idmançıların mübarizəsində fərqlənib.
Komandaya bu yarışda AKF-nin baş katibi Qabil Sayadov və gənclərdən ibarət yığmanın baş məşqçisi Anar Allahverdiyev rəhbərlik edir.