EN

Respublika QİÇS-lə Mübarizə Mərkəzi həssas əhali qrupları arasında profilaktik işlərə cəlb olunan qeyri-hökümət təşkilatlarının əməkdaşlarına təlim keçib

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) Qlobal Fondun dəstəyi ilə “Əsas əhali qrupları arasında bioloji və davranış nəzarəti tədqiqatının aparılması və nəticələri” (İBBSS və SE) mövzusunda növbəti təlim keçib.
 
Mərkəzdən Aztibb.az-a bildirilib ki, təlim İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxmağa həsas əhali qrup nümayəndələri arasında profilaktik işlərə cəlb olunan qeyri-hökümət təşkilatlarının əməkdaşları üçün təşkil edilib. Məqsəd bu qrupa aid şəxslərdə İİV infeksiyasının ötürülməsinin qarşısını almaq, müayinə və müalicəsini ciddi nəzarətdə saxlamaqla İİV-in yayılma səviyyəsinin və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə bağlı ölüm hallarının azaldılmasıdır.
 
İki gün davam edən təlimdə iştirakçılara Azərbaycanda İİV epidemiyası ilə bağlı vəziyyət, əsas əhali qrupları arasında Bioloji və Davranış Nəzarəti tədqiqatının aparılması, ölkəmizdə əsas əhali qruplarının sayının qiymətləndirilməsi ilə bağlı təqdimatlar təqdim edilib, mövzular ətrafında müzakirələr aparılıb.
 
Sonda tədbir iştirakşılarına sertifikatlar verilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
aztibb.az

1Sources