Mütəxəssislərin fikrincə, siqareti təkcə çəkməyin yox, həm də tüstüsünü qəbul etməyin fəsadları böyükdür. Elə danışacağımız mövzu da məhz bununla bağlıdır.
Yəqin ki, insanların sıx olduğu küçələrdə hərəkətli halda siqaret çəkənlərə rast gəlirsiniz. Yaxud da önünüzdəki şəxs siqareti çəkərək hərəkət edir, siz isə arxasınca o tüstünü qəbul edərək yerimək məcburiyyətində qalırsınız.
Bu davranış yalnız başqalarına ziyan vurmur, həm də ciddi etiket pozuntusudur. Maraqlıdır, insanların bu cür bəsit etiket qaydalarını bilməməsi nədən irəli gəlir?
Psixoloq Samirə Bağırova mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O qeyd edib ki, siqaret pis vərdiş olan psixoloji pozuntudur:
“Siqaret çəkmək pis vərdiş olsa da, ondan istifadə etik norma tələb edir. Bəzi insanlar qadağan olunmuş yerlərdə siqaret çəkərək qaydanı pozurlar. Onlar siqareti çəkə-çəkə emosional danışırlar, əl-qol hərəkəti edirlər. Bundan əlavə, nahar zamanı hər kəsin əyləşdiyi masa arxasında kiminsə siqaret yandırması digər şəxslərə hörmətsizliyi nümayiş etdirir. Toylarda, məclislərdə əlində siqaret tutaraq rəqs edən insanlar etika qaydalarından uzaqdır.
Siqaret çəkən şəxs anlamalıdır ki, bu proses yalnız onun özünə xoşdur və digər insanların hüzuruna, sağlamlığına problem yaradır. Siqaret çəkən insanların nəfəsindən, geyimindən, əllərindən, avtomobil idarə edirsə, avtomobilindən hər zaman külqabı qoxusu gəlir.
10Sources
-
demokrat.azSiqaret çəkənlərin nəfəsindən külqabı qoxusu gəlir” — Samirə Bağırovadan SƏRT SÖZLƏR ( 8060192)
-
moderator.azElektron siqaretlərə qadağa gəlir: Tərgidənlərə pul veriləcək ( 7967546)
-
oxu24.comCəmiyyətdə siqaret çəkən qadınlara münasibət - VİDEOSORĞU ( 7680863)
-
moderator.azCəmiyyətdə siqaret çəkən qadınlara münasibət - VİDEOSORĞU ( 7676513)
-
medianews.az“Alatava”nın Emkasından ŞOK! “Mən məktəbdə oxuyandan…” ( 7586873)
-
olke.az"Alatava”nın Emkası: “Mən məktəbdə oxuyandan siqaret çəkirəm...” ( 7578418)
-
moderator.az"Alatava”nın Emkası: “Mən məktəbdə oxuyandan siqaret çəkirəm...” - VİDEO ( 7578094)
-
olaylar.azAmerikada siqaret çəkənlərin sayı azalır - Alternativlərin istifadəsi ilə buna nail oluna bilər ( 7447972)
-
milli.azAmerikada siqaret çəkənlərin sayı azalır - Alternativlərin istifadəsi ilə buna nail oluna bilər ( 7447162)
-
sherg.azAİB sədri: İnsanlar elektron siqaret istifadə etməkdən çəkinməlidir ( 7361662)