EN

Çin liderindən “qızıl qayda”ya əməl etməyə çağırış: “Ölkələrin daxili işlərinə qarışmayın”

Çin prezidenti Xi Jinping bəyan edib ki, ölkələr bir-birinin daxili işlərinə qarışmamaq kimi “qızıl qayda”ya riayət etməli və başqalarını tərəf seçməyə məcbur etməyə qarşı çıxmalıdır.

Editor.az xəbər verir ki, dinc birgəyaşayışın beş prinsipinin nəşrinin 70-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edən Xi belə deyib.

“Biz qarşılıqlı hörmətin təməlini gücləndirməliyik. Biz hər şeydən əvvəl dövlətlərarası əməkdaşlıqda bərabərlik, qarşılıqlı hörmət və etimada çalışmalıyıq”. Bir-birinin dərin köklü maraq və qayğılarına və ölkələrin seçdiyi inkişaf yollarına hörmət edilməsi lazım olduğuna işarə edən Çin lideri deyib: “Biz hamımız bir-birimizin daxili işlərinə qarışmamaq kimi qızıl qaydaya əməl etməli, öz iradəsini başqalarına sırıyanlara qarşı, blok konfliktlərinə və kiçik çevrə ittifaqlarına qarşı, başqa ölkələri bu və ya digər tərəfi seçməyə məcbur etmələrinə qarşı birgə dayanmalıyıq. Tarix və faktlar bizə göstərir ki, bütün ölkələr sülhü qorumaq məsuliyyətini paylaşmalı və dinc inkişaf yolunda birlikdə addımlamalıdırlar. Bütün ölkələrin bir-birindən asılı olduğu bugünkü dünyada yalnız sülhü qorumaq mümkün deyil”.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
1
editor.az

1Sources