EN

ABŞ Azərbaycandan özünün Avrasiya maraqları üçün necə istifadə etməyə çalışır? – Siyasi ekspertin ŞƏRHİNDƏ

Ermənistan XİN ölkənin bir ay ərzində Bakı ilə sülh sazişinin yekun mətnini hazırlamağa və onu imzalamağa hazır olduğunu bildirib.  Ermənistan həqiqətən də bir ay ərzində sülh müqaviləsi razılaşa bilər? 

“Biz hazırda sülh müqaviləsi ilə bağlı Qərbin təlatümlü mövqeyini müşahidə edirik. İkinci Qarabağ müharibəsi bitdikdən sonra Azərbaycan sülh sazişinin bağlanılmasını təklif edir. Bunun əvzində biz hansı reaksiyanı gördük? Ermənistan tərəfi sülhə hazır olmadığını, verilən prinsiplər üzərində düşündüklərini və bizim onlara təhdid yaratdığımızı iddia ediblər.”

Bu fikirləri Ednews-a özəl açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspertin sözlərinə görə, ABŞ regionda yaradılacaq tranzit yollarda öz nəzarətini yaratmaq istəyir:

“Ermənistanın bu əsassız iddialarını ABŞ və Avropa İttifaqı təkrarlayırdı. Fransa, Hindistan kimi bir çox ölkələr Ermənistanı silahlandırırdı ki, guya Azərbaycan gələcəkdə Zəngəzur bölgəsinə hücum edəcək. Bütün bunlar sülhə hazırlığın təsdiqi idi? Əlbəttə ki, yox. İndi biz görürük ki, Vaşinqton bu regionda tezliklə sülhün bağlanmasına çalışır. Nəyə görə? Çünki, bu ABŞ-ın Avrasiyadakı siyasətinin qüvvəyə minməsinə xidmət edir. Birincisi, ABŞ istəyir ki, buradakı kommunikasiyaları və bütün tranzit xətlərin nəzarətini öz üzərinə götürsün. Ona görə də, ABŞ Ermənistanda möhkəmlənməyə çalışır və Aİ Ermənistanı silahlandırır.”

T.Abbasov vurğulayıb ki, Azərbaycan bu məsələdə  mövqeyini hər zaman açıq şəkildə ifadə edib:

“ABŞ-ın keçmiş rəsmiləri ilk növbədə Türkiyə ilə Ermənistanı barışdırmaq istəyirdi. Lakin, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Sivilizasiyalar arası konfrans”a getməyərək bu məsələdə Azərbaycanın mövqeyini açıq şəkildə bildirdi və yerindəcə demarş elan etdi. Ölkə prezidenti o vaxt açıq şəkildə bildirdi ki, Azərbaycan bu oyunbazlıqda itirak etməyəcək, əgər sülh varsa bu ilk növbədə Ermənistanla Azərbaycan arasında gerçəkləşməlidir.”

1688213443206446393864a017c396b68.jpg

Siyasi ekspert bildirib ki, Azərbaycana qarşı törədilən haqsızlıqlara 30 ildir səssiz qalan ABŞ, indi buradakı maraqlarına xidmət etmək üçün regionda tez-tez öz nümayəndələrini göndərir:

“İndi nə dəyişdi ki Ceyms O`Brayn tez-tez regiona səfər edir və burada öz tələblərini irəli sürür? Sanki, 30 il əvvəl Azərbaycan Ermənistana hücum edib. Azərbaycan hücumun qurbanı idi və ölkənin dərdlərini, problemlərini heç kim görmək istəmirdi. 

İndi isə, ABŞ istəyir ki, burada Ermənistan vasitəsilə öz təsir dairəsini gücləndirsin. Açılacaq tranzit yolların və eləcə də Zəngəzur dəhlizinin fəaliyyətində nəzarəti əlinə alsın. İndi Vaşinqton çalışır ki, açılacaq bu yollar Rusiya və Çinin xeyrinə işləməsin. Diktə etməyə çalışırlar ki, onlar burada olmadan heç bir ssenari reallaşa bilməz.”

ABŞ özünün Avrasiyadakı maraqlarına xidmət etmək üçün Azərbaycan və Ermənistandan istifadə etməyə çalışır:

“Xatırladım ki, “3+3” formatı haqqında da ilk olaraq ABŞ öz mənfi rəyini bildirmişdi. Ona görə ki, onlar bizim Rusiya və İranla əlaqələrimizi kəsməyimizi istəyirlər. Biz bunu nəyə görə etməliyik? Nəyə görə onların maraqlarına uyğun olaraq qonşularımızla olan münasibətlərimizə zərər vurmalıyıq? 

Əminəm ki, Azərbaycan sülh sazişi adı altında heç bir şərtə kor təbii şəkildə razı olmayacaq. Odur ki, düşünürəm ki, biz gərək Qərbin bəzi qüvvələrinin irəli sürdüyü təkliflərin risklərini nəzərə alaq.

Azərbaycana elə bir sülh lazımdır ki, bu yeni eskalasiyalara və toqquşmalara gətirib çıxartmasın. Biz heç bir şəkildə kortəbii olaraq Qərbin tələblərinə gedən deyilik. Elə düşünürəm ki, bu gün bizə verilən bütün təklif və tələblərin arxasında xüsusi maraqla, çağırışlar durur. Buna görə də, biz onları düzgün dəyərləndirməyi bacarmalıyıq.”

Fərid Axund

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
ednews.net

1Sources