EN

Yaxın yarım il ərzində Laçın şəhərinin bərpasının ikinci mərhələsi başlayacaq - Məsim Məmmədov (ÖZƏL)

Şuşa. Trend:

Yaxın yarım il ərzində Laçın şəhərinin bərpasının ikincimərhələsi başlayacaq.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Prezidentinin Laçınrayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.

"Qarşıdakı yarım il üzrə planlardan danışarkən, ilk növbədə,Bəylik kəndinin tikintisinin başa çatdığını və 91 ailəninköçürüldüyünü qeyd etmək yerinə düşər. Güləbird kəndinintikintisinin birinci mərhələsinin də yekunlaşmasıplanlaşdırılır.

Bu il 12 min hektar kənd təsərrüfatı sahəsinin suvarılması üçünnəzərdə tutulan, tutumu 26 milyon kubmetr olan Zabuxçay suanbarının tikintisi başa çatdırılacaq. Bundan başqa, bölgədəki ənböyük kənd olan Minkənd kəndinin bərpasının layihələndirilməsidavam edir", - o deyib.

Bundan başqa, M.Məmmədov Laçın şəhərinin yenidən qurulmasınınikinci mərhələsinə də başladılacağını, buraya 400 ailəlik müasiryaşayış kompleksinin tikintisinin də daxil olduğunu qeyd edib.

"Həmçinin, müəssisələrin sayını artırmağa davam edirik: bu iltoxuculuq fabriki, trikotaj istehsalı müəssisəsi və efir yağlarıfabriki fəaliyyətə başlayacaq. Beləliklə, növbəti altı ay ərzindəbölgənin yenidən qurulması və inkişafı üzərində fəal işləyəcəyik",- deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
1
3
az.trend.az

4Sources