EN

Rusiya Bankı bazarda xarici valyuta satışını 9 milyarda qədər azaldacaq

Ä°lin ikinci yarısında Rusiya Bankı daxili bazarda xarici valyuta satışını gündÉ™lik 8,4 milyard rubla qÉ™dÉ™r azaldacaq. 

Valyuta.az xəbər verir ki, bu barədə tənzimləyicinin saytında dərc olunmuş press-relizdə məlumat verilib.

İlin birinci yarısında Mərkəzi Bank gündəlik 11,8 milyard rubl məbləğində xarici valyuta satıb. Beləliklə, orta göstərici 30% azalacaq.

Mərkəzi bank vurğulayıb ki, 8,4 milyard rubl rəqəmi yekun deyil. Dəyər hər ay Rusiyanın neft və qaz profisiti və Maliyyə Nazirliyinin valyuta alqı-satqısı üçün ayıracağı vəsaitin miqdarından asılı olaraq tənzimlənəcək.

Bundan əvvəl Rusiya hökuməti gözlənildiyi kimi, ən böyük ixracatçılar tərəfindən valyuta gəlirlərinin məcburi satışı tələbini yumşaldıb: həddi 80%-dən 60%-ə endirib. İqtisadçıların proqnozlarına görə, rubl tezliklə Rusiya hakimiyyəti üçün rahat olan diapazona qayıdacaq.

Nicat

Chosen
53
valyuta.az

1Sources