EN

Rusiya ilə ABŞ arasında qarşıdurma yaşana bilər - SƏBƏB

Rusiya və ABŞ arasında hərbi zəmində gərginlik yaranıb.

Ednews elmundo.es saytına istinadən xəbər verir ki, ABŞ-ın Ukraynaya silahlarını Rusiya ərazisində istifadə etməsinə icazə verdikdən sonra maksimum gərginlik yaşandığı bir vaxtda, Moskvanın Müdafiə naziri Baş Qərargaha ABŞ-ın Qara dəniz üzərində pilotsuz uçan aparatlarının fəaliyyətinin artmasına qarşı tədbirlər görməyə göstəriş verib.

Hərbi idarənin məlumatına görə, "kəşfiyyat işləri aparan və Rusiyadakı hədəflərə hücum etmək üçün Qərb dövlətləri tərəfindən Ukraynaya verilən yüksək dəqiqlikli silahlar üçün hədəflər təyin edən" pilotsuz təyyarələrin uçuşları intensivləşib.

Nazirlik bildirib ki, bu cür fəaliyyət Rusiya təyyarələrinin iştirakı ilə insident riskini artırır və Rusiya ilə NATO arasında birbaşa qarşıdurmaya səbəb ola bilər.

 

A. Mikayıl

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
ednews.net

1Sources