"Bəsdir! Qəzzada çox sayda mülki insan həyatını itirdi. Çox sayda qadın və uşaq həyatını itirdi".
Missiya.Az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasının sədri Dennis Frensis deyib.
Frensis Qəzzadakı vəziyyəti, Yaxın Şərqdəki qeyri-sabitlik və BMT-də aparılan islahatları müzakirə edib.
Bütün əsirlərin sərbəst buraxılması və ailələrinə qayıtmasına icazə verilməsi lazım olduğunu vurğulayan Frensis lazımi yardımın Qəzza xalqına çatdırılmasının da vacib olduğunu bildirib.
Leyla SƏMƏNDƏRMissiya.Az