EN

Cəmiyyətin əsas "bəla"sı: Xanımlar özlərini aldadır yoxsa BAŞQALARINI? - AÇIQLAMA

Cəmiyyətin əsas "bəla"sı: Xanımlar özlərini aldadır yoxsa BAŞQALARINI? - AÇIQLAMA

Bu gün çox istifadə edilən "Snapchat", "Instagram" kimi sosial media tətbiqlərində görüntülərimizi dəyişdirən filterlər var. Sözügedən tətbiqlərdə olan filterlər sayəsində insanlar tanınmış insanlar kimi görünə bilir. Bir çox ekspertlər bildirir ki, sosial şəbəkələrdə ən çox filter istifadə edənlər və asılı olan xanımlardır. İlk yarandığı zaman ciddi təhlükə yaratmayan bu filterlər indi yeniyetmə və azyaşlı uşaqlara təsir etməyə başlayıb. Vaxtilə insanlar tərəfindən əyləncə kimi istifadə olunan filterlər ekspertlər tərəfindən tənqid olunur. Bu cür filterlər və foto proqramları cəmiyyətə müəyyən gözəllik qavrayışını aşılayır. Məsələn, hamar dəri, kiçik sümüksüz burun, dolğun dodaqlar, incə bədən və s. Başqa sözlə desək, normal olanı yox, real olmayan bir görüntünü vəd edir.

Bu cür şəkilər çəkməklə xanımlar özlərini aldadır deyə bilərik? Bəs kütləvi şəkildə filterlə çəkilən şəkillər və paylaşımlar psixlogiyamızda hansı problemləri yaradır? Mövzu ilə bağlı psixoloq Gülnar Orucova Sonxeber.az-a öz fikirlərini bildirib. Onun sözlərinə görə, İnsanlar, xüsusilə xanımlar filterdən çox istifadə edirlər:

" Filterdən çox istifadə edən zaman xanımlar şəkillərini paylaşmağa başlayır. Bu şəkilləri paylaşan zaman onlar özlərini o cür görürlər. Ən sonda filtersiz şəkil çəkən zaman xanımlar özlərini çirkin görməöyə başlayırlar və bu zaman komplekslər yaranır. Komplekslər yarandıqdan sonra plastik əməliyyatların sayı günbəgün artır. Bu sahədə artıq həkimlərin sayı çoxalır. Artıq plastik əməliyyatlarında ölüm halları müşahidə olunur. Bütün bunların hamısı insanların kompleksə düşməsi və əməliyyatlara getməsi ilə nəticələnir. Həmin effektlər və filterləri yaradan insanlar bundan müəyyən məbləğdə pul qazanırlar. Amma insanlar bunu anlamır".

Psixoloq bildirib ki, davamlı şəkildə filterlə fotolar çəkmək hətta insanların münasibətlərinin pozulmasına gətirib çıxarır:

"Son dönəmlər bir sıra hallar ilə rastlaşırıq. Oğlanlar tez-tez sosial şəbəkələrdə paylaşım edirlər. Deyirlər ki, xanımla görüşdük və şəkildəki görüntüsündən əsər-əlamət yoxdur. Yanıma gələn bəzi bəylər var ki, onlarda xanımların həddən artıq filter istifadə etdiyini bildirirlər. Bəylər həmin görüntülərə öyrəşirlər. Amma xəyallarında yaratdıqları obrazı onlar reallıqda görə bilmir. Bu bir sıra problemlər yaradır. Mənim xanımlara məsləhətim odur ki, filtersiz şəkil çəksinlər və paylaşsınlar. Yalnızca üz deyil, özlərini hər formada çəksinlər. Bunu etsinlər ki, sonradan bu qüsurları xanımlar özlərində görməsinlər".

Sevda Səfərova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
39
sonxeber.az

1Sources