Məsələyə Demokrat.az-a açıqlamasında münasibət bildirən təhsil eksperti Cahid İmanov qeyd edib ki, sertifikatlaşdırma müəllimlərin ilk növbədə keyfiyyət göstəricisidir:
"Şübhəsiz ki, daha yüksək nəticə göstərən müəllimlər öz işini sevən, öz üzərində çalışan, daimi olaraq peşə biliklərini artıran, dövlət və cəmiyyət qarşısında məsuliyyətini anlayan müəllimlərdir. Bu baxımdan onların əməyini və məsuliyyətini qiymətləndirmək doğrudur. Valideynlər də öz övladlarına nəticələri daha yüksək olan müəllimlərin dərs deməyində maraqlıdırlar. Verilən qərarın məktəbdə rəqabət yönümlü keyfiyyətli təhsil mühitinin formalaşdırılmasına müsbət təsir edəcəyinə inanıram".
Törə Zeynallı
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.