İki ildən artıqdır davam edən Rusiya- Ukrayna savaşında daha bir azərbaycanlı həlak olub.
"AzPolitika" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, həlak olan şəxs əslən Biləsuvar rayonundan olan Rusiya vətəndaşı 1975-ci il təvəllüdlü Xaliq Fəzail oğlu Nəhmədovdur.
Bildirilir ki, X.Nəhmədov 20 il Rostov şəhərində yaşayıb. O, burada ticarətlə məşğul olub. Son 1 ildir döyüşlərdə iştierak edən Nəhmədovun ailəli və iki övladının olduğu deyilir.
"AzPolitika.info"
![](https://static.azpolitika.info/storage/news/8c8a03d5387f6eb41ac16950b6a820a2/9e61c007-6b9c-4cb1-bfbf-cbd01d6260c8.jpg)