EN

“İnsanı birbaşa ünsiyyət olmadantanımaq mümkün deyil“- Aytən Qurbanova

"İnsanı birbaşa ünsiyyət olmadan və ya qarşındakının gözlərinin içinə baxmadan tanımaq mümkün deyil."

News365.az xəbər verir ki, bunu politoloq Aytən Qurbanova deyib.

"İnsanları, elmi, siyasəti, dini, incəsənəti, ümumiyyətlə heç nəyi sosial şəbəkələrdən və ya başqalarının dediklərinə əsasən öyrənmək mümkün deyil. Yoxsa ya yanlış yönə gedəcəksən, ya da ümumiyyətlə öyrənmək istəyin yox olacaq..

İnsanı birbaşa ünsiyyət olmadan və ya qarşındakının gözlərinin içinə baxmadan tanımaq mümkün deyil. Elmin dərinliklərinə gedib araşdırmadan ona yiyələnmək xəyaldır. Siyasəti isə kənardan mülahizə irəli sürərək öyrəndiyini iddia etmək bir qaşıq suda boğulmağına səbəb ola bilər. Eləcə də digər istiqamətləri..

Qısaca olaraq desək, bir işi görərkən əlini daşın altına qoymağa cəsarətin yoxdursa, ümumiyyətlə yola çıxmamalısan!!"

Vəfa Vəliyeva, News365.az

 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
news365.az

1Sources