EN

“Uimbldon”da mükafat fondu rekord həddə çatdı

Gələn həftə başlayacaq “Uimbldon” turnirinin mükafat fondu məlum olub.

Çempionatın mükafat fondu rekord həddə – 50 milyon funt-sterlinq (63 milyon dollar) olacaq. Bu, ötən illə müqayisədə 11,9% çoxdur. Turnirin qalibləri 2,7 milyon funt sterlinq (3,4 milyon dollar), finalçılar isə 1,4 milyon funt sterlinq (1,7 milyon dollar) alacaqlar.

Hər bir mərhələyə görə mükafatın paylanması:

birinci tur – 60 min funt sterlinq (75 min dollar);

ikinci tur – 93 min funt sterlinq (117 min dollar);

üçüncü tur – 143 min funt sterlinq (180 min dollar);

dördüncü tur – 226 min funt sterlinq (285 min dollar);

1/4 final – 375 min funt sterlinq (473 min dollar);

yarımfinal – 715 min funt sterlinq (903 min dollar);

final – 1,4 milyon funt sterlinq (1,7 milyon dollar);

çempion – 2,7 milyon funt sterlinq (3,4 milyon dollar).

Xatırladaq ki, qadınların fərdi yarışlarında turnirin hazırkı çempionu çexiyalı tennisçi Marketa Vondrouşovadır. Kişilərin yarışında isə ispaniyalı Karlos Alkaras titulunu qorumalı olacaq.

Turnirin püşkatma mərasimi bu gün keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources