EN

Çin lideri Qlobal Cənub Tədqiqatlar Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb

Çin

Bakı, 28 iyun, AZƏRTAC

Çin ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək üçün Qlobal Cənub Tədqiqatlar Mərkəzi yaratmağa hazırdır. AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bunu Pekində keçirilən konfransda çıxış edən Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin deyib.

ÇXR-in Sədri bildirib ki, Çin tərəfi qarşıdakı beş il ərzində Qlobal Cənub ölkələrindən olan əlaçı tələbələrə 1000 “Dinc birgəyaşayışın beş prinsipi” təqaüdü və təkmilləşdirmə kursları üçün 100 min kvota verəcək. Onun sözlərinə görə, bu işlər Qlobal Cənub ölkələrinin Gənc Liderlər Proqramı çərçivəsində həyata keçiriləcək.

Si Cinpin əlavə edib ki, Çin müvafiq ölkələrin iqtisadi inkişafını stimullaşdırmaq üçün müxtəlif fondlardan istifadə etməyə davam edəcək. Belə ki, Pekin Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun bir hissəsi kimi Qlobal Cənubda kənd təsərrüfatının inkişafı maraqlarına əlavə olaraq 10 milyon dollar ayıracaq.

Çinin lideri, həmçinin yeni Qlobal Cənub tərəfdaşlarını rəqəmsal iqtisadiyyat və yaşıl inkişaf sahəsində Beynəlxalq Ticarət və İqtisadi Əməkdaşlıq Çərçivə Təşəbbüsünə qoşulmağa dəvət edib. O əlavə edib ki, 2030-cu ilə qədər Çinin inkişaf etməkdə olan ölkələrdən ümumi idxal həcminin 8 trilyon dolları keçəcəyi gözlənilir.

Si Cinpin vurğulayıb ki, Çin iqtisadiyyatının yüksək keyfiyyətli sıçrayışı qlobal iqtisadiyyatın artımına güclü təkan verir. Onun sözlərinə görə, 1,4 milyard əhalisi olan Çinin modernləşdirilməsi miqyası dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyatlarını birləşdirən nəhəng bazarın formalaşması deməkdir. “Çinin açıq qapıları daha geniş açılacaq. Biz islahatların hərtərəfli dərinləşdirilməsi və xarici şirkətlərə beynəlxalq standartlara uyğun daha əlverişli bazar, hüquqi və biznes mühiti təmin edilməsi üçün institusional şəffaflığı ardıcıl şəkildə genişləndirmək məqsədilə yeni mühüm addımlara yaxınlaşırıq”, -deyə ÇXR-in lideri sözlərini yekunlaşdırıb.

Dinc yanaşı yaşamaq üzrə beş prinsip ilk dəfə 1953-cü ilin dekabrında Çin hökuməti tərəfindən irəli sürülüb və ərazi bütövlüyünə, suverenliyə qarşılıqlı hörməti, təcavüz etməməyi, daxili işlərə qarışmamağı, bərabərlik və qarşılıqlı faydanı, dinc yanaşı yaşamağı ehtiva edir.

Bu prinsiplər sonralar 1955-ci il Bandunq konfransının və 1960-cı illərdə yaradılan Qoşulmama Hərəkatının yekun sənədinin əsasını təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
azertag.az

1Sources