EN

Huqo Qevara: İngilis dilinin tədrisi üzrə sertifikat proqramından 350-dən çox müəllim yararlanıb

Huqo

Bakı, 28 iyun, AZƏRTAC

Dörd ildir davam edən və Şimali Karolina Dövlət Universiteti tərəfindən idarə olunan, ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən 18 həftəlik onlayn magistr səviyyəsində ingilis dilinin tədrisi üzrə sertifikat proqramından 350-dən çox müəllim faydalanıb.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində ABŞ səfirliyinin missiya rəhbərinin müavini Huqo Qevara deyib.

O qeyd edib ki, proqram ingilis dilini təbliğ etmək üçün görülən işlərin bir hissəsidir: “Böyük qürur hissi ilə deyə bilərəm ki, gördüyümüz işlər nəticəsində azərbaycanlı tələbələrin beynəlxalq bazarda rəqabət aparmaq üçün istifadə edə biləcəkləri bacarıqlarının formalaşmasına kömək edirik. Göstərilən dəstəyə görə ADA Universitetinə təşəkkür edirəm.

Bizim ABŞ-da təhsil almaq istəyən azərbaycanlılar üçün bir çox proqramımız var. Şimali Karolina Dövlət Universiteti vasitəsilə bu təlimdə biz orta məktəb tələbələri üçün FLEX proqram həyata keçiririk və onları bir il müddətinə ABŞ-a təhsil almağa göndəririk. Həmçinin azərbaycanlı tələbələrə ABŞ universitetlərində təhsil almaq yolları haqqında ətraflı məlumat verilir. Bütün bunlar Azərbaycan və ABŞ arasında əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır”, - deyə missiya rəhbərinin müavini əlavə edib.

Chosen
86
azertag.az

1Sources