EN

“Azərpoçt” 19-cu “ÜPİ Təsnifat Müsabiqəsi 2024”də iştirak edir

2021-ci ildən başlayaraq, ölkəmizdə buraxılan bütün markalar Ümumdünya Poçt İttifaqı (ÜPİ) və Ümumdünya Filateliya İnkişafı Assosiasiyası (World Association for the Development of Philately – WADP) tərəfindən yaradılmış WADP Nömrələmə Sistemi (The WADP Numbering System – WNS) vasitəsilə qeydiyyata alınır.

FED.az xəbər verir ki, bu da ölkəmizi təmsil edən “Azərpoçt” markalarının nüfuzunun daha da artmasına, beynəlxalq müsabiqə və sərgilərdə iştirak etməsinə imkan yaradır.

Hazırda 19-cu “ÜPİ Təsnifat Müsabiqəsi 2024”də iştirak hüququ qazanan “Azərpoçt” MMC aşağıda qeyd olunan beynəlxalq filateliya sərgilərində təmsil olunur:

•  “EFIRO 2024”, Buxarest, Rumıniya, 16-19 aprel 2024

•  “WESTPEX 2024”, San-Fransisko, ABŞ, 28-30 aprel 2024

•  “PARIS PHILEX 2024”, Paris, Fransa, 29 may – 1 iyun 2024

•  “ÇİN 2024”, Şanxay, Çin (Xalq Respublikası), 29 noyabr – 3 dekabr 2024  

Bununla da 2024-cü il ərzində təşkil olunan beynəlxalq sərgilərdə “Azərpoçt” markaları dünyanı “səyahət” edərək insanları maarifləndirməyə və Azərbaycanı layiqincə beynəlxalq səviyyədə təmsil etməyə davam edir.

Chosen
117
fed.az

1Sources