EN

Sonunsu iclasda bütün deputatlar iştirak edir, təkcə o GƏLMƏYİB

Bu gün VI çağırış Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilir.

Modern.az-ın xəbərinə görə, parlamentin bugünkü iclasının gündəliyinə 15 məsələ daxildir.

Sonuncu iclasda diqqətçəkən məqam deputatlardan 1-i istisna olmaqla, qalan hamının toplantıya gəlməsi olub.

Yalnız 1 saylı Şərur- Sədərək seçki dairəsinin deputatı, Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbov həmişəki kimi Milli Məclisin iclasına gəlməyib.

Qeyd edək ki, hazırda Milli Məclisin 115 deputatı var. Müxtəlif səbəblərdən parlamentdə 10 deputat yeri boşdur.

Vasif Talıbov Milli Məclisin 1 saylı Şərur- Sədərək seçki dairəsindən seçilmiş deputatıdır.

O, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin də deputatı olub.


Vasif Talıbov həm də hazırda Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, V.Talıbov parlamentin iclaslarında iştirak etməlidir.

Vasif Talıbovun uzun müddətdir Milli Məclisin iclaslarına gəlməməsinə nədənsə parlamentin İntizam komissiyası indiyə kimi açıq şəkildə münasibət bildirməyib.

Halbuki, Milli Məclisin Daxili Nizamnaməsinə görə, plenar iclaslarda, yaxud komitə və komissiyaların iclaslarında üzrsüz səbəbdən iştirak etməyən deputat parlamentdaxili məsuliyyətə cəlb oluna bilər. Ötən 5 ildə isə Vasif Talıbovla bağlı hər hansı addım atılmadı.
 

Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb. O, 27 ildən sonra - 2022-ci ilin dekabrında Ali Məclisin sədri vəzifəsindən istefa verib.

Böyük ehtimalla Vasif Talıbovun sentyabr ayında keçirilməsi gözlənilən növbədənkənar parlament seçkilərində iştirakına da şahid olmayacağıq.


A.Qorxmaz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
4
modern.az

5Sources