EN

On altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə cəzalar müəyyən edilir

Bakı. Trend:

On altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görəcəzalar müəyyən edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu günkeçirilən iclasında müzakirə edilən Cinayət Məcəlləsinə təklifolunan dəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsinə əsasən, on altı yaşına çatmayan şəxsin erkənevliliyinin həmin şəxsin və ya erkən evliliyə daxil olan digərşəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyanşəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmışşəxs tərəfindən təşkil edilməsinə görə iki min manatdan üç minmanatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığınməhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etməilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş cinayətə görə məsuliyyət erkənevliliyə daxil olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə həminşəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqdayaranır.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşdaqəbul edilib.

Chosen
94
40
az.trend.az

10Sources