EN

Slovakiyada avtobus qəzası nəticəsində yeddi nəfər həlak olub

Slovakiyada

Bakı, 28 iyun, AZƏRTAC

Slovakiyada sərnişin avtobusunun qatarla toqquşması nəticəsində ən azı yeddi nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Slovakiyanın Təcili Tibbi Yardım Mərkəzi məlumat yayıb.

İyunun 28-də Praqadan Budapeştə gedən qatar Slovakiyanın cənub-qərbində yerləşən Nove-Zamki şəhəri yaxınlığında avtobusla toqquşub. Ölənlərin hamısının avtobusun sərnişinləri olduğu bildirilir.

Macarıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, qəza zamanı ölkə vətəndaşları arasında xəsarət alan olmayıb və kömək üçün konsulluğa heç bir müraciət edilməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
1
azertag.az

2Sources