EN

Karvahal gedənlərə görə məyusdur

Dani Karvahal məyus olub. “Real”ın təcrübəli sağ cinah müdafiəçis komandadan ayrılan Xoselu və Naçonun gedişini istəmirmiş.

Futbolinfo.az xəbər verir ki, madridlilərlə bitən müqavləsini uzatmayan cütlük ərəb klubları ilə müqavilə bağlayıb: “Onların bizdən ayrılması üzücüdür. Son mövsümdə bizim üçün yaxşı işlər gördülər. Naço illərdir “Real”dadır, Xoselu isə bizi Çempionlar Liqasında yarımfinala daşıyan adam oldu”.

Karvahal Xoselunun getmək qrarını anlayışla qarşılayır: “Mbappe və Endrikin gəlişindən sonra heyətə düşməyin çətin olacağını bilirdi. Onunla kiçik yaşlarımızdan bir yerdəyik, çox yaxınıq. Getdiyi üçün məyusam. Keçən mövsüm kluba onunla müqavilə bağlanmasını təklif etmişdim. Sözümü eşidib “Espanyol”dan icarəyə götürdülər və 20-yə yaxın qol vurmaqla səviyyəsini göstərdi”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources