EN

Ronaldodan növbəti REKORD

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldo Avropa çempionatlarında daha bir rekorda imza atıb.

AzxeberSport Apasport.az-a istinadən xəbər verir ki, 39 yaşlı hücumçunun ilk dəfə çıxış etdiyi Avro-2004-dəki birinci oyunu ilə Avro-2024-dəki son matçı arasında 20 il 14 gün fərq var.

Ulduz futbolçu bu göstərici ilə Almaniya yığmasının əfsanəvi oyunçusu Lotar Matteusu (20 il 6 gün) geridə qoyub. Onları digər portuqaliyalı Pepe və xorvatiyalı Luka Modriç izləyirlər. Həmin futbolçularda bu fərq 16 ilə yaxındır.

Chosen
54
3
azxebersport.az

10Sources