EN

Onlar Nikolla bacara bilmədilər

Ermənistanda hakimiyyətə qarşı etiraz aksiyalarısəngidiyindən Nikol Paşinyanın devrilməsinə çalışan, onunhakimiyyətdən uzaqlaşdırılmasına can atanların uğursuzluğa düçarolduğunu demək olar.

İrəvanda "Paşinyan xuntası" adlandırdıqları hakimiyyətin sonunugətirməyə çalışanlar indi "Nə baş verir?" və "Niyə belə oldu?"ritorikasına cavab arayırlar.

Erməni Həvariyun (Apostol) və ya qriorian kilsəsi; sabiqprezidentlər Robert Köçəryanla Serj Sarqsyanın başçılıq etdikləri,əslən Qarabağdan olan ermənilərdən ibarət "Qarabağlılar klanı";Ermənistandakı çoxsaylı və kənardan maliyyələşərək idarə olunankiçik müxalif qruplar, ən nəhayət, ABŞ, Rusiya və Fransadakı erməniicmalarının ən böyük diaspor təşkilatlarının bir araya gələrəkyaratdıqları "mübarizə koalisiyası" qarşısına qoyduğu məqsədlərinheç birinə çatmayıb.

Həmin məqsədlərin siyahısı belə idi:

1. Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinindemarkasiyası və delimitasiyası prosesinin dayandırılması,

2. Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsininimzalanması ilə bağlı aparılan danışıqların dayandırılması,

3. Azərbaycanla Ermənistan arasında regional kommunikisiyalarınbərpası və yeni loqistik marşrutların işə salınması ilə bağlımüzakirələrin dayandırılması,

4. Baş nazir Nikol Paşinyanın istefaya vadar edilməsi vəhakimiyyətdən kənarlaşdırılması,

5. Ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi.

Erməni kilsəsinin Tavuş yeparxiyasının arxiyepiskopu Baqratın(Vazgen Qalstanyanın) "lider"liyi ilə aprelin 19-da Tavuşda(Tovuzqalada) başlayan və burada 32 ildən bəri erməni işğalındaolan 4 kəndin azad edilərək, Azərbaycana qaytarılması ilə bağlıbaşlanan aksiyalar sonradan "ölkə miqyasındakı genişmiqyaslıetirazlar" kimi təqdim edilməyə başlandı.

Keşiş Baqrat ilk əvvəl Azərbaycanla Ermənistan arasındakı şərtidövlət sərhədinin demarkasiyası və delimitasiyası prosesinə etirazedirdisə, sonradan o, siyasi mübarizəyə başladığıını bəyan etdi,daha sonra baş nazir postuna iddialı olduğunu açıqladı.

Yekun açıqlama, əslində, olmayacaqdı, amma sabiq prezidentRobert Köçəryanı hakimiyyətə gətirmək istəyən kilsənin,"qarabağlılar klanı"nın və diaspor təşkilatlarının arzuları eləaksiyalara qatılan ermənilərin nifrəti ilə üzləşəndə ssenaridəyişdi.

Ermənistanda N.Paşinyandan narazıların sayı az deyil, ammaRobert Köçəryanın yenidən hakimiyyətdə olmasını ölkə və xalq üçünəsl faciə hesab edənlərin sayı dəfələrlə çoxdur.

Keşiş Baqratı marionet qismində ortaya atan qüvvələrinhesablamalarında digər yanlışlıq reytinqlərlə bağlı idi.

Apreldə Ermənistanda keçirilmiş rəy sorğularına görə, NikolPaşinyanın və onun başçılıq etdiyi "Mülki Müqavilə" Partiyasınınreytinqi 20,4 faiz təşkil edirdi. Aksiyaları hazırlayanları da buməqam ruhlandırmışdı: onlar aşağı reytinqi hakimiyyətin dayaqlarınıitirməsi sayırdılar.

Köçəryan və kilsə koalisiyası bir məqamı nəzərə almamışdılar:N.Paşinyanın reytinqi aşağı olsa da, Ermənistandakı bütün müxalifətpartiyalarının və siyasətçilərin reytinqləri ondan dəfələrlə azidi.

Halbuki Ermənistan sakinləri indi hakimiyyətdə və ya müxalifətdəyer almalarından asılı olmayaraq, bütün (!) siyasətçilərəinanmırlar, siyasi proseslərə də aktiv qatılmaq istəmirlər.

Keşiş Baqratın fasiləsiz çağırışlarına və sonra da "İrəvanınmərkəzinə yüz minlərlə insan toplayacağıq" bəyanatlarına rəğmən,aksiyalarla mitinqlərin, yürüşlərlə piketlərin vəd edilən saydaiştirakçıdan xali olmasının da səbəbi budur.

Nəticə bəlli.

Artıq iki həftədən çoxdur ki, keşiş Baqrat, yəni VazgenQalstanyan İrəvanda etiraz aksiyaları və mitinqlər keçirmir.Şəhərin mərkəzində aksiyaçıların qurduqları çadır "şəhərciyi" dəsökülüb.

Keşiş Baqrat bəyan edib ki, yaxın vaxtlarda İrəvanda hansısaaksiyaların təşkil edilməsi nəzərdə tutulmayıb: "Fəaliyyətimiziəyalətə keçiririk, hakimiyyətə qarşı mübarizəni orada davametdirərək paytaxta qayıdacağıq".

Onun nominal olaraq rəhbərlik etdiyi etiraz aksiyalarının əngenişmiqyaslıları mayın 9-da və 26-da, habelə iyunun 12-dəolmuşdu.

Həmin günlərdə Paşinyan iqtidarı gerçəkdən də, çətin saatlaryaşamalı olmuşdu. Amma vaxt keçdikcə etirazların aktivliyi vəmiqyası zəifləməyə başladı, iyun ayının sonlarına yaxın isə sürətləazaldı.

İyunun 12-dən bəri isə Ermənistanda hakimiyyətə qarşı,ümumiyyətlə, ciddi etiraz aksiyası olmayıb.

Vazgen Qalstanyan iyunun 17-də "yüz minlərin qatılacağı aksiya"vəd etsə də, alınmadı. Onun "Paşinyana iyunun 16-dək istefa üçünvaxt verirəm" ultimatumunu da rəsmi İrəvan eyninə almadı.

Keşiş Baqratın nominal rəhbər olduğu aksiyaların beləuğursuzluğa düçar olmasının səbəblərindən sadəcə, ikisinigöstərdik.

Digər səbəblər arasında Ermənistanın mövcud hakimiyyətinin keşişBaqratın tərəfdarları ilə sərt davranmasıdır. Belə ki, etirazaksiyalarında 623 nəfər saxlanılıb, 16 nəfər həbs edilib.

Keşiş Baqratı dəstəkləyən və onun aksiyalarını maliyyələşdirəniş adamlarına qarşı da təqiblər başlayıb. Milyonçu Hayk Şahnazaryan88 milyon erməni dramı (229 min dollar) məbləğində vergidənyayınmaqda suçlanıb. İş adamı Xaçatur Qriqoryana qarşı cinayət işiqaldırılıb.

"Daşnaksutyun"un və Xankəndidəki sabiq separatçı rejimin keçmişrəhbəri Samvel Şahramanyanın ofislərində axtarışlar aparılıb,daşnaklarla sabiq qarabağlı separatçıların 4 avtomobili müsadirəolunub.

Digər səbəb ABŞ, Fransa və Avropa İttifaqının operativ olaraqNikol Paşinyanı dəstəkləməsidir. Fransa prezidenti Emmanuel Makronəslində Paşinyanın devrilməsi və onun postunu Parisin təlimatlarınıtam, qeyd-şərtsiz icra edəcək marionetin tutmasını istəyir. FəqətABŞ-nin planları fərqli idi və bu səbəbdən mayın 26-da İrəvana ABŞMərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini Devid Koen, iyunun12-də isə dövlət katibi Entoni Blinkenin müavini Ceyms O-Brayenyollandılar.

Onlar Nikol Paşinyanla görüşərək Qərbin dəstəyini və aksiyaiştirakçılarına qarşı güc tətbiq edilərsə, "göz yumacaqları"nıdedilər.

Əsas səbəbsə Ermənistan hakimiyyətini təşkil edən komandanınparçalanmaması, düşərgələrə bölünməməsi və sabiq məmurlardan ibarətnomenklatur müxalifətin formalaşmasına təkan verəcək proseslərinyaşanmaması idi.

Erməni kilsəsi və Robert Köçəryanın əsas məqsədləri ölkəparlamentində Nikol Paşinyana qarşı impiçment prosedurunureallaşdırmaq idi. Keşiş Baqrat da İrəvan küçələrində bunu deyir,tələblər irəli sürürdü. Amma parlamentdə Robert Köçəryanın"Ermənistan" və Serj Sarqsyanın "Şərəfim var" fraksiyalarınıntoplam olaraq 35 mandatları var. İmpiçment proseduru üçünsə 36mandat gərəkdir və kilsə ilə Köçəryan çatışmayan 1 mandatı əldə edəbilmədilər. Nəticədə Ermənistan parlamentinin iyunun 17-dəkeçirilən növbədənkənar iclası zəruri kvorum olmadığına görənəticəsiz başa çatdı.

Ən nəhayət, keşiş Baqratın rəhbərlik etdiyi koalisiyanınideologiyası, daha doğrusu, ideya toplusu çox zəifdir. Ermənikilsəsi və Robert Köçəryanın alyansının əsas tələbi NikolPaşinyanın baş nazir postundan istefa verməsidir. Amma yeni başnazirin kim olacağı bəlli deyil. Siyaqsi təlxək təsiri bağışlayankeşiş Baqrat, yəni Vazgen Qalstanyan bu posta uyğun deyil. RobertKöçəryana isə ermənilərin əksəriyyəti nifrət edir.

Bundan başqa, keşiş Baqrat bəyan edir ki, şərti dövlətsərhədinin delimitasiya və demarkasiyasını yalnız sülh müqaviləsiimzalanandan sonra həyata keçirmək gərəkdir. Tələb mənasız vəgülüncdür, çünki heç nə dəyişmir.

Keşiş Baqrat onu da vurğulayır ki, “Qarabağı ermənilərəqaytarmaq gərəkdir”, amma o, “sülh istəyir”. Azərbaycana qarşımüharibə elanını xatırladaq bu tələb hərbi əməliyyatlarsız necəolacaq - arxiyepiskop bilmir.

Nikol Paşinyana qarşı etiraz aksiyalarının uğursuzluğunun təməlsəbəbi isə budur: ermənilər yeni müharibə istəmirlər. Onlar yenimüharibədən qorxurlar, normal və dinc yaşam istəyirlər, Azərbaycanvə Türkiyə ilə sərt qarşıdurma niyyətində deyillər.

Azərbaycan səbrlidir.

Ancaq hər səbrin də bir həddi var...

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
1
3
az.trend.az

4Sources