EN

Konqo Respublikası BRİCS-ə qoşulmaqda maraqlıdır

Konqo Respublikası BRİCS-ə qoşulmaqda maraqlıdır.  "Yeni Azərbaycan"  "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Denis Sasu Nqesso bildirib.

Afrika dövlətinin lideri ölkənin ən azı Assosiasiya ilə əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb.

“Belə bir perspektiv var və açıqdır. Bir sıra ölkələr Assosiasiyaya qoşulub. Əgər  imkanlar varsa, niyə də qoşulmayaq" - deyə Sassou Nguesso bildirib.

Xatırladaq  ki, bundan əvvəl Malayziyanın Xarici İşlər Naziri Mohamad Hassan ölkənin 2025-ci ildə Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının  sədri olduqda BRİCS-ə qoşulmaq üçün müraciət edəcəyini bildirmişdi. 


Havar Şəfiyeva 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources