EN

KİV: Qərb ölkələri Baydenin debatlarda zəifliyindən təşvişə düşüblər

Qərb ölkələri ABŞ prezidenti Co Baydenin keçmiş prezident və dövlət başçısı vəzifəsinə namizəd Donald Trampla debatdakı zəifliyindən təşvişə düşüb. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

Xarici diplomatlar və rəsmilər xüsusilə Co Baydenin hərəkətlərindən məyus olduqlarını və hətta narahat olduqlarını ifadə ediblər.

"Tramp özünün tipik qəribə açıqlamalarını versə də, Baydenin qəbul edilən zəifliyi daha çox göz qabağındadır. Xarici siyasət müzakirələri səthi xarakter daşıyır. Bayden öz fikrini söyləyə bilmir, – deyə  avropalı diplomat bildirib.

Vitse-prezident Kamala Harris debatdan sonra ABŞ prezidenti Co Bayden barədə fikirlərini söyləyib. Onun sözlərinə görə, amerikalılar onun debat çıxışlarına deyil, onun ölkə üçün gördüyü bütün işlərə diqqət yetirməlidirlər.


Havar Şəfiyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources