Hindistanın paytaxtı Yeni Dehlidə hava limanında damın uçması nəticəsində bir nəfər ölüb.İndira Qandi Beynəlxalq Hava Limanının birinci terminalının damının bir hissəsi ikinci gündür davam edən güclü leysan yağışına tab gətirə bilməyib. Dam örtüyü və dayaq tirləri uçaraq park halında olan bir neçə avtomobilə ziyan vurub.Nəticədə avtomobillərdən birində olan şəxs dünyasını dəyişib. Ən azı altı nəfər yaralanıb. Uçuşlar dayandırılıb.Eltun Məmmədov
Diqqət Çəkənlər
Lənkəranda "VAZ-2107" ağaca çırpılıb, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB
Tramp Putinin Ukraynada sülh üçün şərtlərini qəbuledilməz adlandırdı
Azərbaycan ərazisində güclü zəlzələ oldu