EN

Serbiya Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmır- ÖZƏL

Serbiya Avropa İttifaqının tələblərinə baxmayaraq, anti-Rusiya sanksiyalarına qoşulmaqdan imtina prinsipinə sadiq qalmağa davam edəcək. 

Olaylar.az xəbər verir ki, bu barədə respublikanın baş nazirinin müavini Aleksandr Vulin məlumat verib.

"Serbiyanın Aİ-yə üzvlük üçün yerinə yetirməli olduğu çoxsaylı şərtlərə Rusiyaya qarşı sanksiyaların tətbiqi tələbi də əlavə edilib", - Vulin bildirib.

Onun sözlərinə görə, Serbiya müstəqil və azad ölkədir, bunu bir çox Aİ-yə üzv dövlətlər haqqında demək olmaz. O qeyd edib ki, bu səbəbdən ölkə Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyəcək və əsrlər boyu Serbiyanın itirilməsinin qarşısını almış dostunu itirməyəcək. Baş nazirin müavini əlavə edib ki, Avropa İttifaqının Serbiyaya ən azı Moldova qədər ehtiyacı varsa, o zaman qeyri-mümkün olanı tələb etməyi dayandırmalıdırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
19
olaylar.az

1Sources