EN

"Yeni baş məşqçimiz bizə dedi ki…" -  MÜHÜM AÇIQLAMA

"Yeni baş məşqçimiz in sağlıq durum qaydasındadır, heç bir ciddi problemi yoxdur".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Turan Tovuz"un idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov deyib.

O, bugünlərdə işə başlayan Kurban Berdiyevin səhhətinin normal olduğunu söyləyib, Erzurum səfərindən imtinanın səbəbinə bu cür aydınlıq gətirib:

"Berdiyev bir neçə gündür buradadır. Futbolçularla yeni-yeni tanış olur.

Erzuruma gedəcəyimiz, onsuz da, dəqiq deyildi. Bu, sadəcə, variantlardan biri idi.

Erzurum dəniz səviyyəsindən çox hündürdə yerləşir.

Baş məşqçimiz dedi ki, mən futbolçuların fiziki göstəricilərinə tam bələd olmadan onları elə hündür ərazidə «yükləyə» bilmərəm, bu, düzgün deyil.

Türkiyəyə səfərimiz baş tutacaq. Başqa şəhərdə hazırlıq keçəcəyik».

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources