EN

Bakı COP29-la bağlı gələcək 80 min qonağı qarşılaya biləcəkmi? - AÇIQLAMA

"Bakı şəhərində otellərin birdəfəlik tutumu, yataq sayı, təqribən, 10-11 min civarındadır. Doğrudan da, COP 29 zamanı Azərbaycana 80 min, hətta deyilənlərə görə, 100 min qonaq gəlqcəksə, bu, otel problemini önə çıxaracaq".

 

Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

 

"Ciddi məsələdir, lakin problem həm də fürsət deməkdir. Azərbaycan vətəndaşları, əsasən də şəhərin mərkəzində yaşayanlar bu prosesdə iştirak etmək istəsələr, karlı çıxa bilərlər. Dünyada bir neçə onlayn platforma var ki, bunlar mənzilləri kirayə vermək üçün çox populyar platformalardır. Azərbaycanda - Bakı şəhərində, xüsusən də mərkəz və mərkəzə yaxın yerlərdə yaşayan vətəndaşlar mənzillərini bir aylıq həmin platformalar vasitəsilə çox yaxşı qiymətə turistlərə kirayə də verə bilərlər. Kimin imkanı varsa, COP29 dövrünə məzuniyyətini salsa, daha yaxşı olar. Çünki Bakı tamam qapadılacaq, yollar bağlı olacaq. Rayonlarda qohumları, mənzilləri varsa, Bakıdakı mənzillərini kirayə verib, həmin dövrdə 20-25 gün məzuniyyət götürsünlər. Həm pul qazanarlar, həm də gələn qonaqların yerləşdirilməsinə yardımçı olarlar", - ekspert bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 28 İyun 2024, 11:36   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
21
pravda.az

1Sources