EN

Türkiyənin enerji idxal fakturası azalıb

Türkiyədə enerji idxalı üçün ödənilən məbləğ may ayında əvvəlki ilin eyni ayına görə yüzdə 1,5 azalaraq 5 milyard 167 milyon 478 min dollara çatıb.

"Operativ Media" xəbər verir ki, Türkiyə Statistika Təşkilatı və Ticarət Nazirliyinin hazırladığı müvəqqəti xarici ticarət statistikasına görə, Türkiyənin may ayında cəmi idxalı əvvəlki ilin eyni ayına görə yüzdə 10,4 azalaraq 30 milyard 567 milyon 701 min dollara çatıb.

Bu məbləğin 5 milyard 167 milyon 478 min dollarını enerji idxalı kimi ümumiləşdirilən mineral yanacaqlar, mineral yağlar və onların distillə edilməsindən əldə edilən məhsullar, bitumlu maddələr, mineral mumlar təşkil edib.

2023-cü ilin may ayında bu rəqəm 5 milyard 244 milyon 667 min dollar olaraq qeyd edildi. Beləliklə, enerji idxalının həcmi illik bazda 1,5 faiz azalıb.

Bu dövrdə xam neft idxalı 16,5 faiz artaraq 2 milyon 860 min 973 tona çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

2Sources